Əmək pensiyaları haqqında

Bildiyiniz kimi əmək pensiyaları haqqında qanuna əsasən sağlamlıq imkanı məhdud olan uşağa səkkiz yaşınadək qulluğa görə 5 il azaldılmaqla əmək pensiyası hüququ var. Həmin qanuna əsasən
I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti sığorta stajına əlavə edilir. 2019-cu ilə kimi yuxarıda qeyd etdiklərimi sübut etmək üçün isə icra nümayəndəliyi şahid (lər) in şahidliyi əsasında akt tərtib edilir. Həmin icra nümayəndəsinin verdiyi sənəd DSMF-nun yerli şöbələrinə təqdim edilməlidir. DSMF-nun yerli şöbələri həmin sənəd əsasında sığorta stajına əlavə etməlidir ( ƏƏSMN-nin kollegiyasının qərarı mövcuddur). DSMF-nun yerli şöbələri imtina etdiyi halda inzibati məhkəmədə mübahisələndirilməlidir. Əgər şahid (lər) yoxdursa, icra nümayəndələri həmin sənədi vermirsə bu zaman qulluq faktının müəyyən edilməsi üçün yerli rayon məhkəməsinə müraciət edilməlidir. 2019-cu ilin fevral ayından sonra yuxarıda qeyd etdiyim məsələlərə görə isə icra nümayəndəsinin də şahid ifadələrinə də gərək yoxdur. Çünki həmin ilin fevral ayından sağlamlıq imkanı məhdud uşağa qulluğa görə, birinci dərəcəli əlilliyi olan şəxslərə qulluğa görə Prezident təqaüdü təsis edildi və həmin şəxslərə qulluq edən şəxslərə hər ay 50 manat ödənildiyi üçün DSMF-nun yerli şöbələrində artıq siyahılar var, lakin 70 yaşlı şəxslərə qulluq edən şəxslər yenə də icra nümayəndəsinin verdiyi sənəd əsasında qulluq etdiyi dövrlər sığorta stajına əlavə edilir.
Lakin çox zaman yalnışlıqlara hətda qanunsuz imtinalara rast gəlinir.
Məsələn : icra nümayəndəsi qulluq etməsi barədə sənədi verir DSMF-nun yerli şöbəsi qanunsuz imtina verir.

Əsaslandırma.
— Azərbaycan Respublikasının Konstitusiyası.
Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur (maddə 38.2)

— Əmək pensiyaları haqqında qanun.
Sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş olan anaların yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (maddə 8.2)
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan I dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti (maddə 21.2.4)

— Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası
Ali Məhkəməsinin 12 aprel 2019-cu il tarixli, 03 saylı Plenumunum qərarı.

— “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın təsdiq edilməsi barədə ƏƏSMN-nin 11.12.2017-ci il, 17 nömrəli kollegiya qərarı.

DamğaTV nin hüquqşünası Abıyev Rahim Zakir oğlu

 24,156 Ümumi baxış,  60 Bu gün

You may also like...

DAMĞA TV