• Genel

Cəlilabad rayonunda xeyriyyə aksiyası keçrildi

İslamın müqəddəs aylarından biri olan Ramazan ayı müsəlmanlar üçün bərabərlik, birlik ayı olmaqla yanaşı həmdə paylaşmaq ayıdır.
Müqəddəs ayda Şəhid ailələrini və Qaziləri unutmaq nankorluq olardı.Ən azından ona görə ki, milli qürurumuzu geri qaytarmaqda, başımızın dik gəzməyində onlara borcluyuq.
Belə bir aksiyaya Milli Məclisin Sədr müavini Fəzail İbrahimli və Gülağa Abışovun təşəbbüsü ilə Cəlilabad rayon Göytəpə şəhər sakini sahibkar Rafiq Abışovun maliyyə dəstəyi, Yazartv.az-ın baş redaktoru Elşən Oktay oğlu, redaktoru İlham Allahyarov, Damğa TV-nin baş redaktoru Əlizamin Əliyev, Şəhid “Ümüd Qasımzadə adına idman Klubu” İctimai Birliyinin sədr müavini Zaur Ələkbərovun təşkilatçılığında

Cəlilabad rayon ərazisində yaşayan 52 Şəhid və qazı ailəsi ziyarət edilmiş və bayram sovqatı verilmişdir. İlk olaraq ziyarətə Cəlilabad rayonunda və Göytəpə şəhərində şəhidlər üçün ucaldılmış abidə önünə gül dəstələri qoymaqla başlanılmışdır.Şəhid və Qazı ailələri bayram günündə ziyarətimizi yüksək qiymətləndirmiş diqqətə görə təşəkkürlərini bildirmişlər.
Bundan əlavə sahibkar Rafiq Abışov Cəlilabad rayonunda 50 imkansız ailəyə, Yardımlı rayonunda isə 146 imkansız ailəyə yardımlar etmişdir.
Rafiq Abışovun bu ilk xeyriyyə işi deyil zaman – zaman əhalinin kövrək təbəqəsinə mənsub olan insanlara dəstək olmuşdur.
Hətta 44 günlük vətən müharibəsi dövründə şəxsən özü cəbhə bölgəsinə dəfələrlə yardımlar aparmışdır.Panidemiya dövründə 100 – dən artıq imkansız ailəyə yardımlar göstərmişdir.

 8,555 Ümumi baxış,  6 Bu gün

You may also like...

DAMĞA TV