• Genel

Dünyaca məşhur “Netflix” kino şirkəti Azərbaycanlı alimə istinad edərək filim çəkdi

Azərbaycan elmində bir ilkə imza atıldı.. Dünyaca məşhur “Netflix” kino şirkəti siyasi elmlər üzrə fəlsəfə doktoru dosent, AMEA-nın əməkdaşı Zaur Əliyevin İndoneziyada İslamın Azərbaycanlı tərəfindən gətirilməsinə aid araşdırmasını bu günlərdə rejissoru və ssenaristi Monti Tiua, həmsenaristi Alim Sudion olan İndoneziya istehsalı olan “Leyla-Məcnun” filmində istifadə edib.
Film Bakıda və İndoneziyada çəkilib. Qeyd edim ki ,filmdə istinad məhz İndoneziyada İslamı yayan Malik İbrahim barədə araşdırmama aiddir. Qeyd edim ki, İslamı İndoneziyaya XIV əsrdə yaşayan və Səmərqənddən gələn Malik İbrahim adlı din xadimi gətirib. Mənbələrə görə, o, Səmərqəndə Xəzərin sahilindən, daha doğrusu, Azərbaycandan gəlib. O, Səmərqənddə islamı öyrənirdi, sonra İndoneziyaya gəldi. Beləliklə, islam İndoneziyada azərbaycanlılara görə yayılıb”.

Araşdırma dərc olunan saytın linkini və filmdən kadrı paylaşıram.

İlk dəfədir ki, Netflix kimi məşhur bir şirkət öz filmində Azərbaycanlı alimə istinad edir. Dr. Zaur Əliyev : bu mənim üçün sevindirici bir andır. Araşdırmam dünya şöhrətli şirkətin filimində səsləndirilir.

Hörmətli Zaur Əliyev bu bizim üçün də sevindirici haldır. Sizinlə qürur duyuruq.

 110,726 Ümumi baxış,  96 Bu gün

You may also like...

DAMĞA TV