• Kateqoriyasız
  • 0

Fevralın 8-dən 5-9-cu siniflərdə ənənəvi tədris bərpa olunur

Gələn həftədən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin bütün ərazisində 9-cu sinifədək bütün məktəblilərin əyani təhsili bərpa olunacaq. Şagird sıxlığı qaydalara uyğun olduğu olda dərs həftəsi 5 günlük, sıxlıq olan məktəblərdə 3 günlük olacaq.

 Damga.org xəbər verir ki, fevralın 15-dən isə Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda yerləşən ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq mərhələsində tədris həftədə 2 dəfə, ibtidai təhsil səviyyəsində (I-IV siniflərdə) həftədə 3 dəfə,  ümumi orta təhsil səviyyəsində (V-IX siniflərdə) həftədə 2 dəfə olacaq. Ali və orta ixtisas təhsili və peşə təhsili müəssisələrində praktiki məşğələlər tələb olunan ixtisaslar üzrə və təhsilalanların fiziki iştirakını tələb edən fənlərin və mövzuların əvvəlcədən müəyyən edilmiş cədvəllər üzrə tədrisi (tibb, yaradıcılıq, mühəndislik və s.) ənənəvi formada bərpa olunacaq.

 70 Ümumi baxış,  2 Bu gün

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAMĞA TV