Masallı Mərkəzi Rayon Xəstəxanası Publik Hüquqi şəxsə yeni direktor təyinatı olub

Damga.org xəbər verir ki, Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri Rasim Əzizov bu gün həmin xəstəxananın Publik Hüquqi şəxsə direktor təyin edilib.
Qeyd edək ki, Rasim Zülfüqar oğlu Əzizov 1958-ci ildə Masallı Rayonu Ərkivan qəsəbəsində anadan olub.
O, 2002-2003-cü illərdə Masallı Mərkəzi Rayon Xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
2003-cü ildən bu günə kimi Masallı Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsinin müdiri vəzifəsində işləyirdi.
100 Ümumi baxış, 2 Bu gün