Şəhid adının əbədiləşdirilməsi

Çox saylı sualları nəzərə alaraq bildirmək istəyirəm ki, şəhid adlarını küçələrə, meydanlara, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün rayon icra hakimiyyəti başçıları Nazirlər Kabineti qarşısında vəsatət qaldırmalıdır. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydalarının” təsdiq olunması haqqında Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il, № 10 qərarının 3-cü maddəsinə əsasən Şəhidin xatirəsinin əbədiləşdirilməsi və şəhid ailələrinin hüquqları qeyd edilib.
Həmin maddənin 3.1-ci maddəsinə Şəhid adını əbədiləşdirmə məqsədilə yerli rayon (şəhər) icra hakimiyyəti orqanları aşağıdakı tədbirləri həyata keçirirlər, həmin maddənin 3.1.2-ci maddəsinə əsasən isə Azərbaycanın Milli Qəhrəmanı olan, habelə vətən uğrunda döyüşlərə görə azı iki ordenlə təltif olunan şəhid adlarını küçələrə, meydanlara verirlər, təşkilatlara, müəssisələrə, hərbi və mülki gəmilərə verilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti qarşısında vəsatət qaldırırlar.

Hüquqşünas Abıyev Rahim Zakir oğlu

 345 Ümumi baxış,  4 Bu gün

You may also like...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DAMĞA TV