• Genel

Şəhidin ailəsinə yazdığı son məktub – VİDEO

II Qarabağ Müharibəsində torpaqların düşmən işğalından azad edilməsi uğrunda qəhrəmanlıq göstərənlərdən biri də, şəhid çavuş Əsgərov Şəhriyar İsa oğludur. 29 yaşlı Ş.Əsgərov Cəlilbad rayonu, Göytəpə şəhərindəndir. O, Xocəvənd istiqamətində gedən döyüşlərdə ayağından güllə yarası almışdı. Döyüş yoldaşları “Yaralısan, geri çəkil”, desələr də o, sona qədər vuruşacağını bildirib. Bir müddət davam edən edən atışmada yanlız Şəhriyar və dostu Qarayev Elnur Qabil oğlu sağ alıb. Mühasirəyə düşən Ş.Əsgərov oradan çıxa bilməyəcəyini anlayıb, əl qumbarası ilə özünü və 4-dən çox ermənini partladaraq şəhid olub.


Şəhriyar şəhid olmamışdan öncə ailəsi üçün son məktub da yazıb.
“Əziz atam və anam, siz bu məktubu oxuyursunuzsa artıq mən axirət dünyasındayam. Biz uşaq olarkən bizlərə İmam Hüseyndən və onun şəhadətindən danışırdınız. Elə uşaq ikən o danışdığınız şəhidlik zirvəsinin arzusunda olmuşam. Şükürlər olsun ki, Rəbbim məni də o zirvəyə çatdırdı. Bilirəm, anacan övlad itkisi sənə ağır gələcək , amma səndən xahişim odur ki, ağlayıb düşməni sevindirməyəsən. Üç rəngli bayraqda məni gətirəndə, xanım Zeynəbin müsibətini düşün ki, balasını qurban verdi və Xeymətdən (çadr) çölə çıxmadı. Sən də elə dözümlü ol! Sevin ki, şəhid anasısan. Sevin ki, övladın Ağamız Hüseynə müsafirdir. Gözəl bacım və qardaşım sizləri də çox istəyirəm, başınızı hər zaman dik tutun. Sizləri öncə Allaha daha sonra bir-birinizə əmanət edirəm. Yazmağa çox sözlər var, amma sizləri daha çox kövrəltmək istəmirəm. Haqqınızı halal edin. Hə, bir də anacan söz vermişdim sənə ki, torpaqlarımız azad olunduqdan sonra Şuşaya istirahətə göndərəcəkdim. Üzrlü say anacan, ilk dəfə sənə verdiyim sözü tuta bilmədim. Öpürəm sizləri. İsa və Xədicəni hər gün mənim əvəzimdən öpün! İnşAllah cənnətdə görüşərik. Haqqınızı halal edin! Oğlunuz Şəhriyar”, – deyə məktubda qeyd edilib.

Damga.org

Video

Damga.org

 156,697 Ümumi baxış,  134 Bu gün

You may also like...

DAMĞA TV