“Zibil pulu” nə qədər olmalıdır ?

??????

El arasında zibil pulunun (məişət tullantılarının yığılması daşınması) yığılmasının qanuni və ya qanunsuz olması barədə vətəndaşlar tərəfindən çox saylı suallar ünvanlanır.
Sualları damğa.org saytının hüququşünası Rahim Abıyev cavablandırıb:
Nəzərinizə çatdırım ki, zibil pulunun (məişət tullantılarının yığılması daşınması) tarifi (qiyməti) Tarif Şurasının Qərarı ilə tənzimlənir. JEK, MİS, İcra nümayəndəliyi ilə vətəndaş arasında müqavilə olmalıdır. Məişət tullantılarının yığılması daşınmasının ödənişi aylıq nəzərdə tutulur. Əhali üçün 1 nəfər üçün nəzərdə tutulmuş aylıq ödəniş 0.30 qəpik təşkil edir. Məsələn : mənzildə beş nəfər qediyyatdadırsa bu zaman 5 × 0.30 hesablanır.
Mənbə : 24 noyabr 2011 tarixli, № 05 nömrəli Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Qərarı. Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tariflərinin tənzimlənməsi barədə. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 26 dekabr 2005 tarixli 341 nömrəli Fərmanına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2005 tarixli 247 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət tənzimlənməsi tətbiq olunan tariflərin (qiymətlərin) formalaşması və tətbiqi üzərində dövlət nəzarətinin təmin edilməsi Qaydaları”na, Bakı Şəhər İcra Hakimiyyətinin müraciətinə və Tarif (qiymət) Şurasının 24 noyabr 2011 tarixli iclasının protokoluna əsasən QƏRARA ALIR: 1. Bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətlərinin tarifləri aşağıdakı kimi təsdiq edilsin: 2. Mülki qanunvericiliyə uyğun olaraq xidmət göstərən subyektlərlə istehlakçılar arasında xidmətlərin müqavilə əsasında həyata keçirilməsi təmin edilsin. 3. Bu qərarın xidmət göstərən subyektlərin təsərrüfat fəaliyyətinə təsirinin qiymətləndirilməsi və bərk məişət tullantılarının yığılması, daşınması və zərərsizləşdirilməsi xidmətləri sahəsində səmərəli fəaliyyətin təşkili məqsədilə Şuranın müəyyən etdiyi iclaslarda müvafiq subyektlər tərəfindən hesabat təqdim edilsin. 4. Bu qərar 01 dekabr 2011 tarixindən qüvvəyə minir və bu xidmətə dair əvvəllər qəbul edilmiş tariflər qüvvədən düşmüş hesab edilsin.

Hüquqşünas Abıyev Rahim Zakir oğlu

 70,106 Ümumi baxış,  48 Bu gün

You may also like...

DAMĞA TV